"Turnir cədvəlinə fikir vermirik" - Kurban Berdıyev

22:46 - 9 Mart 2026

Bu gün MIsli Premyer Liqasında 23-cü tur çərçivəsində "Neftçi" doğma meydanda "Turan Tovuz"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Turan Tovuz"un ba məşqçisi Kurban Berdıyev jurnalistlərin sullarını cavablandırıb:

"Hər iki tərəf yaxşı oyun göstərdi. Sevinirəm ki, bu gün qələbə qazandıq. Fikirləşirəm ki, oyunçularım qələbəni haqq edirdi. "

- Bu qələbə 3-cü yer uğrunda iddianı nə dərəcədə ortaya qoyur?

- Bundan əvvəl də demişdim ki, oyundan-oyuna hazırlaşırıq. Kubok və ya çempionat oyunu olmasının fərqi yoxdur. Turnir cədvəlinə fikir vermirik. Sonda hər şey bilinəcək.

- İbrahima Vadji və Jo Batişda da meydanda qaldı. Halbuki hesabda irəlidə idiniz...

- Vadji fiziki baxımından da yaxşı durumda olduğu üçün düşündük ki, ikisini də oynada bilərik.

- "Turan Tovuz" kubok üçün liqanı, liqanı isə kubok üçün qurban verəcək?

- Heç bir fərqi yoxdur. Hamısı eyni əhəmiyyəti daşıyır. Bütün matçlar eyni əhəmiyyət kəsb edir.

- "Turan Tovuz" artıq neçə oyundur ki, qol buraxmır. Bu uğurun sirri nədədir?

- Bu suala cavab vermək çətindir. Çünki qapımız qarşısında təhlükəli epizodlar olur. Əgər olmasaydı, başqa məsələdir. Amma yenə təhlükəli vəziyyətlər göstərir ki, işləməli olduğumuz məqamlar çoxdur.

- Ümumiyyətlə, qarşıda çempionluq hədəfi var?

- Hər dəfə mətbuat konfranslarında eyni şeyi deyirəm. Biz yalnız qarşımızdakı oyuna hazırlaşırıq.

Mirbağırağa

Xəbər xətti