"Bu mövsüm hakim qərarlarından ən çox əziyyət çəkən komandayıq" - AFFA-nın bəyanatına "Neftçi" rəsmisindən reaksiya

00:17 - 10 Mart 2026

Misli Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən "Neftçi" - "Turan Tovuz" (0:1) matçından sonra paytaxt klubunun Media üzrə koordinatoru Rüstəm Əfsərli son vaxtlar klubun adının tez-tez çəkildiyi hakimlik məsələsi ilə bağlı fikirlərini bildirib.

Sportal.az xəbər verir ki, Əfsərli öz açıqlamasında bunları qeyd edib:

"Bizim üçün AFFA-nın bəyanatı biraz gpzlənilməz oldu. AFFA Hakimlər Komitəsinin işi ilə bağlı hansısa sualımız yoxdur. Əksinə, gördüyü işlərdən çox məmnunuq. İslahatlar aparılır, irəli doğru addımlar atılır. Bu mövsüm hakim qərarlarından ən çox əziyyət çəkən komandayıq. “Şamaxı” ilə oyundan sonra hakimliklə bağlı şikayətimizə görə AFFA Hakimlər Komitəsinin yaydığı bəyanatda ictimai fikri yayındırmaq, spekuliyasiya, şəxsi maraqlar və s. kimi fikirlər var idi. Bunlar “Neftçi”ye eyham vurularaq istifadə oluna bilməz.

Xəbər xətti