"Qalatasaray" və "Fənərbaxça"nın rəqibləri açıqlandı

16:22 - 11 Mart 2026

Türkiyə kubokunda 1/4 final mərhələsinin püşkü atılıb.

Sportal.az xəbər verir ki, "Beşiktaş" "Alanyaspor"la qarşılaşacaq.

"Fənərbaxça" isə "Konyaspor”la, “Qalatasaray” “Gənclərbirliyi” ilə üz-üzə gələcək.

"Trabzonspor" isə “Samsunspor”la görüşəcək. “Qalatasaray” – “Gənclərbirliyi” cütünün qalibi növbəti mərhələdə “Samsunspor” – “Trabzonspor” duelinin güclüsü ilə, “Beşiktaş” – “Alanyaspor” görüşündə üstün olacaq tərəf “Konyaspor” – “Fənərbaxça” qarşılaşmasının qalibi ilə münasibətlərə aydınlıq gətirəcək.

1/4 final matçları 21-22-23 apreldə, yarımfinal matçları 12-13-14 mayda, final isə 24 mayda keçiriləcək.

Xəbər xətti