"İnter"in müdafiəçisi Federiko Dimarko karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Liverpul" italiyalı futbolçunun xidmətində maraqlıdır. Bu barədə "The Touchline" qəzeti məlumat yayıb.
"Qırmızılar" Dimarkonu yayda heyətinə qatmağa çalışacaq. 28 yaşlı sol cinah müdafiəçisi özü də Premyer Liqada oynamaq variantının əleyhinə deyil.
Qeyd edək ki, Federiko Dimarko "İnter"in yetirməsidir. İtaliya millisinin üzvü bu mövsüm Milan təmsilçisinin heyətində meydana çıxdığı 36 rəsmi matçda 7 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
