"Stabilliyi qoruya bilsək, istəyimizə nail olacağıq" - Premyer Liqaya yaxın olan klubun baş məşqçisi

16:23 - 9 Mart 2026

"Şahdağ-Qusar"la oyunlar artıq derbi macərasında keçir. Rəqib son 4 oyunda qələbə qazanmışdı. Bilirdik ki, çətin matç olacaq. Oyuna nəzarət etsək də, birinci hissədə hücumlarımız istədiyimiz kimi kəsərli alınmırdı. İkinci hissədə isə futbolçularımızın daha inamlı və aqressiv oyunu sayəsində rəqib qapısından iki top keçirərək qələbə qazanmağı bacardıq”.

Bu sözləri Sportal.az saytına açıqlamasında “Şəfa”nın baş məşqçisi Elgiz Kərəmli deyib. Hazır da I Liqada lider olan komandaya rəhbərlik edən Kərəmli Premyer Liqaya hazır olub-olmadıqlarını da söyləyib:

"Hansı mövqelərdə mübarizə aparacağını klubun büdcəsi müəyyənləşdirir. “Şahdağ Qusar” ilk dövrədə buna görə çətinlik məkməsinə baxmayaraq, ikinci dövrədə transferlər edərək daha iddialı duruma gəldilər. Çempionatdan öncə də, “Şəfa”, “Səbail”, “Baku Sportinq” və “Mingəçevir”in heyətlərinə görə ön sıralarda gedəcəyini söyləmişdim. Bu cür də oldu. Hələ ki oyunlar istədiyimiz kimi gedir. Stabilliyi qoruya bilsək, istəyimizə nail olacağıq. Növbəti görüşümüz “Şimal”a qarşıdır. Hər oyun qalibiyyətə inanırıq. Lakin hər rəqibə xüsusi yanaşırıq. Bu oyunun da asan keçməyəcəyini bilirik. Çünki “Şimal” sonuncu pillədə olmasına baxmayaraq, son iki görüşdə həm qələbə qazanıb, həm də 7 qol vurmağı bacarıblar. Bu statistika rəqibə hörmətlə yanaşmağa kifayət edir".

Qeyd edək ki, "Şəfa" 17 turdan sonra 39 xalla liderdir. 

Mirbağırağa

Xəbər xətti