Derbi döyüş meydanına çevrildi - 23 qırmızı vərəqə VİDEO

13:59 - 9 Mart 2026

Braziliyanın Mineyro əyaləti kubokunun "Kruzeyro" ilə "Atletiko" arasında keçirilən final matçında xoşagəlməz hallar yaşanıb.

Sportal.az xəbər verir ki, Mineyro derbisinin sonuncu dəqiqəsində ara qarışıb.

"Kruzeyro"nun hücumçusu Kristian rəqib qapıçı Eversonun başına dizi ilə zərbə vurub. Qolkiper bundan sonra rəqibininj üzərinə hücum çəkib. Nəticədə hər iki komandanın oyunçuları arasında kütləvi dava başlayıb.

Baş hakim "Kruzeyro"dan 12, "Atletiko"dan isə 11 futbolçuya qırmızı vərəqə göstərib. 

Xəbər xətti