"Sumqayıt"ın futbolçusu: "Qələbə qazana bilməməyimizin günahkarı özümüzük"

11:59 - 9 Mart 2026

“Sumqayıt”ın yarımmüdafiəçisi Emil Mustafayev Sportal.az saytına açıqlama verib.

"Kimyaçılar"ın futbolçusu komandasının Misli Premyer Liqasının 23-cü turunda “Karvan-Yevlax”la bərabərə(1:1) qalmasın şərh edib:

"Rəqibimiz də pis görünmürdü. Amma biz daha yaxşı idik. Qələbə qazana bilməməyimizin əsas günahkarı özümüzük. Penaltidən yararlana bilmədik, epizodları vurmaq alınmadı. Hazırda komanda üçün o qədər də yaxşı period deyil. Vəziyyəti yaxşılaşdırmaq üçün çalışmalıyıq. Hələ də şans var və mövsüm üçün məqsədlərimizə çata bilərik".

Xəbər xətti