Bu ay növbəti dəfə Azərbaycanda keçiriləcək "FIFA Series – 2026" turnirin oyunlarının biletləri satışa çıxarılıb.
Sportal.az xəbər verir ki, bilet satışı iticket.az saytı vasitəsilə həyata keçirilir.
Azarkeşlər martın 27-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan - Sent Lüsiya görüşünün biletlərini onlaynda qaydada əldə edə bilərlər.
Biletlərin qiyməti 3-10 AZN aralığında dəyişir.
Həmçinin, eyni gündə "Dalğa Arena"da baş tutacaq Oman - Syerra Leone matçının biletləri də satışdadır.
Xatırladaq ki, turnir Azərbaycan, Oman, Syerra Leone və Sent Lüsiya millilərinin iştirakı ilə təşkil ediləcək.

