"Real" gələn mövsüm üçün baş məşqçi postuna namizədlərdən biri kimi Maurisio Poçettinonun variantını nəzərdən keçirir. Bu barədə ESPN məlumat yayıb.
Sportal.az xəbər verir ki, Madrid klubu 12 yanvarda Alvaro Arbeloanın Xabi Alonsonun yerinə baş məşqçi təyin olunduğunu açıqlasa da, onun müqaviləsinin müddəti dəqiqləşdirilməyib. Mənbələrin sözlərinə görə, Arbeloanın gələn mövsüm də komandada qalması üçün ya möcüzə baş verməli, ya da komanda UEFA Çempionlar Liqasını qazanmalıdır.
Klub Arbeloanı komandada saxlamaq üçün ona başqa vəzifə də təklif edə bilər. Məsələn, onun əvvəlki işi olan "Real Kastilla"nın baş məşqçisi postuna qayıtması variantı müzakirə olunur.
Hazırda “kral klubu” müxtəlif məşqçi namizədlərini nəzərdən keçirir və Florentino Pérez tərəfindən yüksək qiymətləndirilən mütəxəssislərdən biri də Poçettinodur. Hazırda ABŞ millisini çalışdıran argentinalı mütəxəssisin adı 2019-cu ildə "Tottenham" ilə Çempionlar Liqasının finalına çıxdıqdan sonra da Madrid klubu ilə əlaqələndirilmişdi.
saytlarin hazirlanmasi
