37 yaşlı qapıçı İtaliya klubuna təklif olundu

21:56 - 15 Noyabr 2025

“Parma” əsas qapıçısı Dzion Suzuki zədələndikdən sonra yeni qolkiper transfer etmək istəyir.

Sportal.az xəbər verir ki, İtaliya klubuna son üç mövsümdə “Tottenhem”də çıxış etmiş ingilis qapıçısı Freyzer Forsterin namizədliyi təklif olunub. Bu barədə insayder Nikolo Skira məlumat yayıb.

37 yaşlı "əlcək sahibi" hazırda azad agent statusundadır. Bu da onun mümkün transferini hüquqi və maliyyə baxımından maksimum dərəcədə sadələşdirir. Təcrübəli qapıçı yayda "Tottenhem"dən ayrılıb.

“Parma” Suzukinin itkisi fonunda təcili güclənməyə ehtiyac duyduğu üçün transfer bazarını aktiv araşdırır. Daha əvvəl klubun əsas namizədinin ukraynalı Andrey Lunin olduğu bildirilsə də, “Real” icarə təklifini rədd etmişdi.

Xəbər xətti