"Azərbaycan İslandiyaya qarşı yaxşı oynadı, məğlubiyyət çox üzücü idi"

19:22 - 16 Noyabr 2025

Azərbaycan milli komandasının sabiq forvardı Branimir Subaşiç Sportal.az saytına açıqlama verib.

O, yığma komandamızın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində qarşılaşdığı İslandiya ilə görüşdəki performansını dəyərləndirib:

"İslandiya ilə görüşdə gözləntilər yüksək idi. Çünki komanda Ayxan Abbasovun gəlişindən sonra artırıb, yüksəliş var. Üstəlik, İslandiyada 0:5 uduzduqdan sonra revanş almaq hissi ola bilərdi. Əslində, milli yaxşı da futbol oynadı, qol epizodları az olmadı. Sadəcə onları dəyərləndirmək alınmadı. Məncə, epizodları vursaydıq, hər şey daha yaxşı ola bilərdi".

Subaşiç, həmçinin tsiklin son görüşü olan Fransaya qarşı matçdan gözləntilərini də bölüşüb:

"Fransa millisi haqda çox danışmağa ehtiyac yoxdur. Onların gücü hamıya bəllidir. Artıq dünya çempionatına vəsiqə qazanıblar. Kilian Mbappe, Osman Dembele, Dezire Duenin oynamamasının bu görüşə çox da təsiri yoxdur. Çünki Fransa millisində bütün futbolçular güclü və ulduzdur. İnanmaq istəyirəm ki, Azərbaycan millisi bu matçda uğurlu nəticə qazanacaq. Doğrudur, çox ağırdır. Amma mümkünsüz deyil. İtkilərimiz də var. Hər halda, millimizə inanıram. Ümidvaram ki, hər şey yığmamız üçün yaxşı alınacaq".

Mirbağırağa
 

Xəbər xətti