"Yuventus"u İngiltərə klubuna dəyişə bilər

20:48 - 16 Noyabr 2025

Serbiya millisinin və “Yuventus”un hücumçusu Duşan Vlahoviç yeni mövsümə hansı komandada başlayacağına hələ ki qərar verməyib.

Sportal.az “Sky Sport”a istinadən xəbər verir ki, forvarda çox sayda təklifin gəlməsi onun qərarsız qalmasına gətirib çıxarıb.

Belə ki, PSJ, “Əl-İttihad”, “Fənərbaxça” başda olmaqla bir çox klub Vlahoviçi heyətinə qatmaq istəyir. Lakin onlar arasında daha iddialısı “Nyukasl”dır. Belə ki, Premyer Liqa təmsilçisi Duşan üçün ən yüksək maaşı təklif edib.

25 yaşlı hücumçunun mövsümün sonunda məhz bu kluba keçəcəyi daha çox gözlənilir. Duşan 2022-ci ildən “Yuventus”da çıxış edir və bu klubla müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. 

O, “Partizan” və “Fiorentina” komandalarında da forma geyinib.
 

Xəbər xətti