“Bavariya” aparıcı futbolçularından birini komandada saxlamağı planlaşdırır.
Sportal.az “Bild”ə istinadən xəbər verir ki, söhbət Leon Qoretzkadan gedir. Münhen təmsilçisi 30 yaşlı futbolçunun müqavilə müddətini artırmaq üçün onunla danışıqlara başlayıb.
Qoretzka mövsümün sonuna kimi “Bavariya”ya məxsusdur. Alman yarımmüdafiəçiyə bir çox klubdan təklif var, lakin Qoretzka karyerasını “Bavariya”da davam etdirmək variantına üstünlük verməyi planlaşdırır.
“Bohum” və “Şalke”də oynamış futbolçu 2018-ci ildən Almaniya nəhənginin formasını geyinir.
saytlarin hazirlanmasi
