Qazaxıstanın "Atırau" klubunun müdafiəçisi Yeqor Xvalko Sportal.az saytına açıqlama verib.
Dörd ilə yaxın "Kəpəz"in formasını geyinmiş və kapitanı olmuş belaruslu müdafiəçi bu gün start götürəcək Qazaxıstan çempionatındakı hədəflərindən bəhs edib:
"Bəli, mövsümün çoxdan gözlənilən başlanğıcı gəldi. Oyundan-oyuna irəliləyəcəyik. Məqsəd keçən ildəkindən daha yüksək nəticə göstərməkdir. Qazaxıstan və Azərbaycan Premyer Liqası arasında müqayisə aparmaq olar. Sadəcə fərq ondadır ki, Qazaxıstan çox böyükdür, demək olar ki, bütün səfər oyunları transferlərlə bir çox istiqamətə uçuş tələb olunur. Üstəlik, hava şəraiti fərqlidir: ölkənin şimalında hazırda soyuq, sıfırın altındadır, cənubda isə istidir".
Xvalko "Atırau"dan əvvəl Azərbaycan klublarından təklif almadığını da deyib. Bununla yanaşı, o, sabiq komandası "Kəpəz"in çıxışından da bəhs edib: "Atırau"dan əvvəl bir neçə təklifim var idi. Amma xeyr, Azərbaycan klublarından təklif almamışdım. Olsaydı, danışardıq. "Kəpəz"i indinin özündə də izləyirəm. Bəzən matçlara da baxıram. Nəticələrlə daimi maraqlanıram. Yeni ildən sonra əldə etməyə başladıqları nəticələrinin davamını gətirmələrini istəyərdim. “Kəpəz”in birbaşa rəqibləri ilə matçları çox vacibdir. O görüşlərdə qələbə qazanmaq lazımdır. Belə alınarsa, hər şey yaxşı olacaq".
Mirbağırağa
saytlarin hazirlanmasi
