Ukraynalı məşqçi Vladislav Lupaşko Azərbaycanda işləmək ehtimalından bəhs edib.
Sportal.az xəbər verir ki, “UA-Football”a danışan ukraynalı məşqçi “Karpatı”dan ayrıldıqdan sonra ölkəmizə gələ bilərmiş:
"Qazaxıstan və Azərbaycan klublarından maraq var idi. Hətta bəzi danışıqlar da aparmışıq. Lakin hələlik heç bir nəticə əldə olunmayıb. Amma fakt budur ki, maraq var idi. Bütün təkliflərə açığıq və onları müzakirə etməyə hazırıq. İlk növbədə, inkişaf etməyimizə imkan verəcək bir layihə görmək istəyirik. Belə layihənin perspektivləri çox vacibdir".
39 yaşlı məşqçi “İnqulets”, “Karpatı” klublarını çalışdırıb.
saytlarin hazirlanmasi
