"Qəbələ"nin legioneri: "Hazırkı vəziyyət heç birimizi razı salmır" - MÜSAHİBƏ

19:22 - 8 Mart 2026

"Qəbələ"nin hücumçusu İsmael Akinade Sportal.az saytına müsahibə verib.

- "Qəbələ" ölkə kubokunun 1 /4 final mərhələsində “Sabah"la cavab görüşünə çıxdı və sonda məğlub oldu. Penaltilərdə dəqiq oynaya bilmədiniz. Görüşü komandan üçün necə dəyərləndirirsən? 

Futbol bəzən qəddar olur, həyat da belədir. Oyunu penaltilərə qədər aparmaq üçün çox yaxşı mübarizə apardıq. Amma sonda uğursuz olduq. Penaltilər isə 50/50-dir, hər şey ola bilərdi. Dünyanın ən yaxşı oyunçularının da penaltini qaçırdığını görmüşük. Allah ən yaxşısını bilir.

- Son dəqiqələrdə məğlub durumda olsanız da, 2 dəqiqəyə dubl etdin və oyunu əlavə vaxta daşıdın... 

Əslində, həmin oyunda əsasən hakimlərə görə çox əsəbiləşmişdim. Çünki hiss edirdim ki, hakim bizim əleyhimizə hər şeyi verirdi, onlara isə heç nə göstərmədi. Əlbəttə ki, qollardan məmnunam, amma qalib gəlsəydik, daha yaxşı olardı.

- "Qəbələ" bundan sonra yəqin ki, yalnız liqaya fokuslanacaq. Komanda hazırda 11-ci pillədədir. Vəziyyət sizi narazı salır? 

Əlbəttə ki, vəziyyət məni narazı salır. Ümumiyyətlə, hazırkı vəziyyət klubla əlaqəsi olan heç birimizi razı salmır. Hazırkı vəziyyət hamımızı narazı salır. Oyunmu olaraq, biz bu vəziyyətli düzəltməli və mövsümün sonunda heç bir təhlükədə olmamağımıza əmin olmalıyıq. Əslində, bizim özünəməxsus oyunumuz var, yaxşı oynayırıq. Sadəcə bunu nəticəyə çevirməliyik. 

- 11-ci pilləni tutsanız, pley-off oynamaq məcburiyyətində qalacaqsınız. Yəqin ki, bunu istəmirsiniz...

Heç kəs pley-off oyunu oynamaq istəmir. Biz turnir cədvəlini üst pillələrdə başa vurmaq istəyirik. Bizim əsas hədəfimiz budur. Oyundan-oyuna irəlimək niyyətindəyik. Mümkün qədər çox xal toplamağa yönəlib.

- Ümumiyyətlə, Azərbaycan Premyer Liqası haqda nə düşünürsən? Əvvəlki illərdə fərqli ölkə çempionatlarında oynamısan. Azərbaycan çempionatını hansı liqa ilə müqayisə edərdin?

Premyer Liqanın səviyyəsi çox yaxşıdır. Özbəkistan çempionatı ilə çox oxşardır, texniki cəhətdən çox yaxşıdır. Burada olmaqdan məmnunam və burada oynamaq imkanına görə minnətdaram. İrandiya çempionatı isə fiziki cəhətdən daha çətindir.

- Maraqlıdır ki, "Qəbələ" Liqada növbəti oyununu da "Sabah"la qarşılaşacaq. Bu dəfə Premyer Liqa matçında üz-üzə gələcəksiz. Bu görüşdə qələbə qazanmaq şanslarınızı necə dəyərləndirirsən? 

Keçən həftəki oyundan sonra onları 100 faiz məğlub edə biləcəyimizi hiss edərək oyuna yüksək inamla başlamalıyıq. Düşünürəm ki, həftəsonu belə oynasaq, istənilən komandanı məğlub edə bilərik.

Mirbağırağa

Xəbər xətti