"Sumqayıt" Yevlaxda ciddi itki ilə üzləşdi

16:14 - 2 May 2026

"Sumqayıt" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində səfərdə "Kəpəz"in qonağıdır.

Sportal.az xəbər verir ki, "kimyaçılar" Yevlax şəhər stadionunda keçirilən oyunda ciddi itki ilə üzləşib.

Müdafiəçi Keffel Resende zədələnib. Braziliyalı futbolçu oyuna davam edə bilməyib. 26 yaşlı sağ cinah müdafiəçisi Rayan Senhadji ilə əvəzlənib.

Xəbər xətti