İstanbul nəhəngləri kanadalı hücumçu üçün mübarizə aparır

13:42 - 2 May 2026

"Yuventus"un yeni mövsüm üçün heyətdə düşünmədiyi Conatan Devid karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Fənərbaxça" və "Qalatasaray" kanadalı forvardı transfer etmək istəyir. Bu barədə insayder Əkrəm Konur məlumat yayıb.

İstanbul nəhəngləri artıq 26 yaşlı hücumçu üçün ilkin danışıqlara başlayıb.

Qeyd edək ki, Conatan Devid mövsümün əvvəlində "Lill"lə müqaviləsi başa çatdıqdan sonra azad agent statusu ilə "Yuventus"a keçib. Kanada millisinin üzvü Turin təmsilçisinin heyətində meydana çıxdığı 43 rəsmi matçda 8 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti