"Beşiktaş" futbolçusunu İngiltərə klubuna satacaq

19:48 - 8 Mart 2026

"Beşiktaş" Amir Hadziahmetoviçin gedişinə imkan yaradacaq.

Sportal.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi onun “Hall Siti”yə keçidinə razılıq verəcək. Bunun üçün isə ingilislər “Beşiktaş”a müəyyən təzminat ödəyəcək.

Məsələ burasındadır ki, onun “qara qartal”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. Türkiyə klubu mövsümün əvvəlində bosniyalını “Hall Siti”yə icarəyə verib.

Amir “Jelezniçar”, “Konyaspor”, “Rizespor”un da formasını geyinib.
 

Xəbər xətti