"Real"ın keçmiş müdafiəçisi Marselo Lionel Messinin “Barselona”da oynadığı dövrdə ona qarşı keçirdiyi matçları xatırlayıb.
Sportal.az xəbər verir ki, “FourFourTwo”ya danışan braziliyalı Messini dayandırmağın çətinliyindən bəhs edib:
"Messiyə qarşı oynamaq...Çətin olduğunu demək azdır, tam ifadə etmək deyil. Bəzən Messiyə qarşı oynamaq kabus idi".
Qeyd edək ki, Messi "Barselona"da 17 il (2003-2021) keçirərək əsl klub əfsanəsinə çevrilib. Bu müddət ərzində o, 778 matçda 672 qol vurub, 10 La Liqa titulunu və dörd Çempionlar Liqasını, eləcə də bir çox digər mükafatları da daxil olmaqla 35 kubok qazanıb. Argentinalı 2021-ci ildə Kataloniya klubundan ayrılaraq PSJ-yə keçmişdi. Marselo özü isə 2007-2022-ci ildə “Real”da oynayıb. Bundan savayı o, “Fluminens” və “Olimpiakos” klublarının da üzvü olub.
saytlarin hazirlanmasi
