Azərbaycan çempionunun "Benfika" ilə görüşünün başlama saatı açıqlandı

13:22 - 17 Noyabr 2025

“Araz-Naxçıvan” futzal klubunun UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində "Benfika" ilə Portuqaliyada baş tutacaq səfər matçının yeri və başlanma saatı müəyyənləşib.

Sportal.az xəbər verir ki, təmsilçimiz rəqibi ilə dekabrın 5-də Lissabondakı “Pavilau Fidelidade Arena"da üz-üzə gələcək.

Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xatırladaq ki, komandalar arasında ilk duel noyabrın 24-də Bakı İdman Sarayında keçiriləcək. Matç saat 20:00-da başlanacaq.

Xəbər xətti