"Qarabağ" legioneri ilə müqavilə müddətini artırmağı planlaşdırır

12:18 - 18 Noyabr 2025

"Qarabağ" qolkiperi Mateuş Koxalskini buraxmaq niyyətində deyil. 

Sportal.az saytına verilən məlumata görə, Ağdam təmsilçisi polşalı qapıçıya maraq olduqdan sonra onunla müqavilə müddətini artırmağı planlaşdırır.

Koxalskinin "Qarabağ"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

Polşa millisinə də dəvət edilmiş qapıçının müqavilə müddəti 2028-ci il iyunun 30-na qədər artırıla bilər.

Qeyd edək ki, 25 yaşlı qapıçı "Legiya", "Radomiak", "Stal" klublarının qapısını qoruyub.

Xəbər xətti