"Dinamo" türkiyəli məşqçi ilə danışıq aparır

10:35 - 18 Noyabr 2025

Türkiyəli məşqçi Nuri Şahin Rusiyada işləyə bilər.

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, "Dinamo" (Moskva) onu baş məşqçi postuna gətirməyi planlaşdırır.

37 yaşlı mütəxəssis sentyabrın əvvəlindən "Başakşehir"ə rəhbərlik edir.

Bundan əvvəl o, 2024-cü ilin iyulundan 2025-ci ilin yanvarına qədər "Borussiya"da (Dortmund) işləyib.

Nuri futbolçu kimi “Borussiya”(Dortmund), “Feyenoord”, “Real”(Madrid), “Liverpul”, “Verder”, “Antalyaspor” komandalarında oynayıb.

Xəbər xətti