“İnter Mayami”nin hücumçusu Lionel Messi karyerasının bütün dövrünü “Barselona”da keçirmək istəyib.
Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, argentinalı ulduz Kataloniya təmsilçisində yaxşı və pis günlər keçirdiyini bildirib:
“Düzünü desəm, biz birlikdə həm yaxşı, həm də yaxşı olmayan o qədər şey yaşamışıq ki... Bu, uzun illər davam edən bir karyera üçün tamamilə normaldır. Hər şey ideal olmur, çətin zamanlar da olur. Amma ora mənim evimdir. Böyük məmnuniyyətlə bütün karyeramı "Barselona"da keçirərdim, başqa kluba keçməzdim. Avropada yalnız orada oynayardım, amma təəssüf ki, şərait fərqli şəkildə inkişaf etdi".
Qeyd edək ki, Lionel Messi “Barselona”nın heyətində 778 oyun keçirib, 672 qol vurub və 303 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
