"Qarabağ" bu matça itkilərlə çıxacaq

09:56 - 20 Noyabr 2025

"Qarabağ"ın Misli Premyer Liqasının 12-ci turunda "Sumqayıt"la qarşılaşacaq.

Sportal.az xəbər verir ki, Ağdam təmsilçisi bu görüşə itkilərlə çıxacaq.

Qurban Qurbanov Kadi Borges və Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcək.

Buna səbəb isə onların zədəli olmasıdır.

Qeyd edək ki, "Sumqayıt" - "Qarabağ" görüşü noyabrın 21-də keçiriləcək və matça 19:00-da start veriləcək.

Xəbər xətti