Millimiz Tacikistana da uduzdu

15:33 - 23 Fevral 2026

18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Beynəlxalq İnkişaf Turnirində bu gün sonuncu oyuna çıxıb.

Sportal.az xəbər verir ki, millimiz 5-ci yer uğrunda görüşdə Tacikistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Belarusun paytaxtı Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydançasında keçirilən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Komandamız turnirdə 6-cı yeri tutub.

Qeyd edək ki, yığmamız turnirdə Rusiya (1:7) və Özbəkistana (1:3) uduzub, Belarusa isə 1:0 hesabı ilə qalib gəlib.

Xəbər xətti