MLS liqasında 1-ci turun matçları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının forvardı Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” “Portland Timbers”in qonağı olub.
Görüş ev sahibi komandanın qalibiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, Axundzadə “Kolumbus Kryu” ilə müqavilə imzalasa da, hələ ki ABŞ-yə yollana bilməyib.
Viza alındıqdan sonra millimizin üzvü bu ölkəyə üz tutacaq.
“Portland Timbers” – “Kolumbus Kryu” 3:2
Qollar: Mora 14, Antoni 20, Lassister 88 - Abu Ali 6, Rossi 44
