"Zaqatala" "Difai"ni belə məğlub etdi - VİDEO

23:14 - 19 Fevral 2026

Futbol üzrə Azərbaycan I Liqasında XV tura yekun vurulub.

Sportal.az xəbər verir ki, turun son günündə "Zaqatala" doğma meydanda "Difai"ni qəbul edib. Matç meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Zaqatala" 21 xalla 6-cı, "Difai" isə 12 xalla 9-cu sırada yer alıb.

I Liqa, XV tur

19 fevral

"Zaqatala" - "Difai" 2:1
Qollar: 
K.Qardaşlı, 61, 65 - V.Ondo, 12

Xəbər xətti