Filippe Koutinyo Braziliyanın "Vasko Da Qama" klubundan ayrılıb.
Sportal.az xəbər verir ki, 33 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılı əsasında xitam verilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Braziliya millisinin sabiq üzvü özü klubdan ayrılmaq istəyib.
Qeyd edək ki, Filippe Koutinyo 2025-cü ilin yayından "Vasko Da Qama"nın formasını geyinirdi.
saytlarin hazirlanmasi
