Daha öncə bildirdiyimiz kimi, "Tottenhem"in yeni baş məşqçisi İqor Tudor mövsümün sonuna qədər komandaya rəhbərlik edəcək. London klubu 26 turdan sonra 29 xalla 16-cı pillədədir və bu tablo, təbii ki, nə azarkeşləri, nə də rəhbərliyi qane edir.
Sportal.az xəbər verir ki, İqor Tudor sərt və açıq danışıb:
“Bura gələndə vəziyyətin çətin olduğunu bilirdim. Bəhanə axtarmağa vaxt yoxdur. Klubun hazırkı mövqeyi qəbuledilməzdir. Heç bir "Tottenhem" azarkeşi bununla barışa bilməz və biz bunu anlayırıq.
Durum asan deyil, çoxlu zədəlilər var. Belə anlarda komandaya nə lazımdırsa, onu etməliyik. Düşünürəm ki, ilk növbədə futbolçular özünə inamı bərpa etməli və cəsarət toplamalıdırlar”.
saytlarin hazirlanmasi
