Mövsümün sonunda "Bavariya" ilə müqaviləsi başa çatan Leon Qoretska Bundesliqada klubunu dəyişə bilər.
Sportal.az xəbər verir ki, "Bayer" yayda azad agent statusunda olacaq almaniyalı yarımmüdafiəçinin xidmətində maraqlıdır. Bu barədə "Bild" nəşri məlumat yayıb.
Leverkuzenlilər artıq Qoretskanın nümayəndələri ilə əlaqə saxlayıb. 31 yaşlı oyunçu hələ ki "Bayer"in təklifinə cavab verməyib.
Qeyd edək ki, Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində meydana çıxdığı 30 rəsmi matçda 2 qol vurub.
saytlarin hazirlanmasi
