"Marsel" baş məşqçi postuna Xabi Alonsonu gətirmək istəyib.
Sportal.az "RMC Sport"a istinadən xəbər verir ki, Roberto De Zerbinin istefasından sonra Marsel klubu Alonso ilə əlaqə saxlayıb. Lakin ispaniyalı mütəxəssis təklifi rədd edib. Bildirilir ki, bu qərara klubdakı qeyri-sabit vəziyyət təsir göstərib.
Qeyd edək ki, Alonso yanvarın 12-də “Real"ın baş məşqçi postundan ayrılmışdı. Ondan əvvəl isə o, Almaniyada “Bayer”də çalışırdı.
saytlarin hazirlanmasi
