Duşan Vlahoviç karyerasını ya "Yuventus"da davam etdirmək, ya da "Barselona"ya keçmək niyyətindədir.
Sportal.az xəbər verir ki, 26 yaşlı Serbiya millisinin hücumçusu zədə səbəbindən noyabrın sonundan bəri oynamır. O, martın 1-də keçiriləcək 27-ci tur oyununda “Roma”ya qarşı matçda iştirak etməyi planlaşdırır.
Vlahoviçin “Yuventus”la müqaviləsi 30 iyuna qədər qüvvədədir və o, yeni saziş imzalama variantını istisna etmir. Tuttosport-un məlumatına görə, futbolçu klub rəhbərliyi ilə görüş istəyib ki, Kataloniya klubunun ona hansı şərtləri təklif edə biləcəyini öyrənsin. Onun əsas prioriteti Turində qalmaqdır. Əgər ayrılıq qaçılmaz olsa, Vlahoviç üçün prioritet variant “Barselona” olacaq. Hücumçuya “Milan” və İngiltərə Premyer Liqası klublarının da maraq göstərdiyi bildirilir.
Qeyd edək ki, bu mövsüm o, Seria A-da 13 oyunda 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi
