"Mançester Yunayted" "Çelsi"nin hücumçusu ilə maraqlanır

20:40 - 19 Fevral 2026

Liam Delap mövsümün sonunda "Çelsi"dən ayrılmağı planlaşdırır.

Sportal.az xəbər verir ki, ingiltərəli forvard az şans qazanmasından narazıdır. Bu barədə "Caughtoffside" məlumat yayıb.

Dilap ayrılıq istəyini yaxın vaxtlarda klub rəhbərliyinə bildirəcək. "Mançester Yunayted", "Nyukasl" və "Everton" 23 yaşlı forvardın xidmətində maraqlıdır.

Qeyd edək ki, "Çelsi" Liam Delapı 2025-ci ilin yayında "İspviç Taun"dan 35 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü London təmsilçisinin heyətində meydana çıxdığı 24 rəsmi matçda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti