Bəhlulun zədəsi ciddidir - uzun müddət oynamayacaq

17:13 - 19 Fevral 2026

UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində keçirilən “Qarabağ” – “Nyukasl” oyununun 22-ci dəqiqəsində zədələnərək əvəzlənən Bəhlul Mustafazadənin durumuna aydınlıq gəlib.

Sportal.az xəbər verir ki, tibbi müayinələrin nəticəsinə əsasən, 28 yaşlı mərkəz müdafiəçisinin sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində zədə müəyyən edilib.

Hazırda tibbi heyət tərəfindən cərrahi müdaxilənin mümkünlüyü qiymətləndirilir. Futbolçunun məşq prosesinə qayıdış müddəti bərpa mərhələsinin gedişinə uyğun olaraq fərdi şəkildə müəyyənləşdiriləcək.

İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.

Xəbər xətti