"Beşiktaş" 30 milyon avroluq təklifi qəbul etmədi

17:57 - 19 Fevral 2026

Rusiyanın "Zenit" klubu "Beşiktaş"ın kapitanı Orkun Kökçünü transfer etmək istəyib.

Sportal.az xəbər verir ki, Sankt-Peterburq təmsilçisi 25 yaşlı yarımmüdafiəçi üçün İstanbul nəhənginə 30 milyon avroluq təklif göndərib. Bu "Sabah" nəşri məlumat yayıb.

"Ağ-qaralar" rusların təklifini qəbul etməyib. Klub fantastik təklif gəlməyəcəyi təqdirdə futbolçunu satmaq niyyətində deyil.

Qeyd edək ki, "Beşiktaş" Orkun Kökçünü mövsümün əvvəlində "Benfika"dan 30 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 27 rəsmi matçda 5 qol və , 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti