"Şəfa" - "Mingəçevir" matçında 4 qol, 1 qırmızı vərəqə - VİDEO

18:59 - 19 Fevral 2026

Futbol üzrə Azərbaycan I Liqasında XV turun oyunları keçirilib.

Sportal.az xəbər verir ki, bu gün "Şəfa" Binqə qəsəbə stadionunda "Mingəçeviri"i qəbul edib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Xallarını 33-ə yüksəldən "Şəfa" liderliyini davam etdirir. 26 xalı olan "Mingəçevir" isə 3-cü pilləyə yüksəlib.

"Şəfa" - "Mingəçevir" 2:2
Qollar:
 N.Əliyev, 2, E.Zamanov, 8 (pen) - C.Cəbrayılov, 63, T.Fərmanov, 90+4
Qırmızı vərəqə: V.Həsənov, 83

Xəbər xətti