Fransanın PSJ klubunun heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, Paris təmsilçisinin liderlərindən olan Usamn Dembele sıradan çıxıb.
Fransa millisinin üzvü UEFA Çempionlar Liqasının "Monako" ilə ilk pley-off oyununda baldır əzələsindən zədə alıb. 28 yaşlı hücumçu bir neçə gün fərdi qaydada məşq edəcək.
Qeyd edək ki, Usman Dembele bu mövsüm PSJ-nin heyətində meydana çıxdığı 25 rəsmi matçda 111 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
