Azərbaycan millisinin forvardı, "Kayzerslautern"in hücumçusu Mahir Emrelinin Almaniya ikinci Bundesliqasının 23-cü turunda "Proyssen”ə qarşı keçiriləcək oyun üçün heyətə daxil olacağı gözlənilir.
Sportal.az xəbər verir ki, Emreli artıq tam olaraq sağalıb və komandanın əsas heyətilə məşq edir.
Hazırda yeganə sual isə “Kayzerslautern”in baş məşqçisi Torsten Liberknehtin ona oynamaq şansı verib-verməyəcəyidir.
Qeyd edək ki, “Proyssen” – “Kayzerslautern” görüşü fevralın 22-də keçiriləcək. Mahirin komandası "Kayzerslautern" 22 turdan sonra 34 xalla 7-ci pillədədir.
saytlarin hazirlanmasi
