"Turan Tovuz" "Zirə"yə, "Sumqayıt" "Qəbələ"yə qarşı - YENİLƏNİR

10:15 - 20 Fevral 2026

Bu gün Misli Premyer Liqasında 21-ci tura start veriləcək.

Sportal.az xəbər verir ki, "Zirə" "Turan Tovuz"la qarşılaşacaq.

"Sumqayıt" isə "Qəbələ" ilə üz-üzə gələcək.

Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək.

"Qarabağ"ın "Neftçi" ilə görüşü isə qeyri-müəyyən müddətə təxirə salınıb. 

Misli Premyer Liqası
XXI tur
20 fevral 

17:00. "Turan Tovuz" – "Zirə"
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov.
VAR: Kamranbəy Rəhimov, Müslüm Əliyev.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Suraxanı. "Azərsun Arena".

19:30. "Sumqayıt" – "Qəbələ"
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.
VAR: Cavid Cəlilov, Eyyub İbrahimov.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.

Xəbər xətti