Nəriman Axundzadənin yeni komandası olan "Kolumbus Kryu" heyətini gücləndirib
Sportal.az xəbər verir ki, MLS təmsilçisi Portuqaliya millisinin sabiq yarımmüdafiəçisi Andre Qomeşlə anlaşıb.
Azad agent statusu ilə komandaya qoşulan 32 yaşlı futbolçu ilə 2027-ci ilin iyununa qədər olan müqavilə imzalanıb. Sözləşmədə müddətin daha bir il uzadıla biləcəyi barədə bənd də yer alıb.
"Benfika”, "Valensiya”, “Barselona”, "Everton” və “Lill” klublarında oynamış Qomeş Portuqaliya millisinin heyətində 2016-cı ildə Avropa çempion uolub.
Xatırladaq ki, Axundzadənin “Kolumbus Kryu” ilə sözləşməsinin müddəti 2029-cu ilin yayınadək nəzərdə tutulub.
saytlarin hazirlanmasi
