"İmişli" Polşada oynamış futbolçu ilə anlaşdı

10:17 - 20 Fevral 2026

"İmişli" yeni futbolçu ilə güclənib.

Sportal.az xəbər verir ki, Orxan Fərəcov Premyer Liqa klubuna keçib.

25 yaşlı yarımmüdafiəçi karyerası ərzində müxtəlif illərdə “Şamaxı-2”, “Keşlə”, “Səbail”, Polşanın “Troszyn” və “Narew Ostrołęka”(hər ikisi Polşa) klublarında oynayıb.

Son mövsümlərdə isə “Baku Sportinq" və “Şahdağ”ın formasını geyinib.

Xəbər xətti