"Martial istəsə idi dünyanın ən yaxşı oyunçusu ola bilərdi"

22:10 - 20 Fevral 2026

Dioqo Dalot 5-ə 5 oyunu üçün meydanda birlikdə və ya rəqib kimi qarşılaşdığı futbolçulardan ibarət komanda qurub.

Sportal.az xəbər verir ki, “Mançester Yunayted”in müdafiəçisi Dioqo Dalot Rio Ferdinanda müsahibəsində maraqlı faktlar bildirib:

“Orada mütləq Kriştiano Ronaldo olardı. Və bir nəfərin də adını çəkəcəyəm, Antoni Martial. Təkcə matçlarda etdiklərini yox, məşqlərdə göstərdiklərini də nəzərə alıram. Ona qarşı çox oynamışam və bu, çox-çox çətin idi. Kaş ki, daha stabil olaydı, bəzən bir az oyundan qopurdu. Amma istəyəndə dünyanın ən yaxşı futbolçusu ola bilərdi. Asanlıqla.

Elə şeylər edirdi ki, məşqi dayandırmaq istəyirdin. Hətta fit çalıb demək olurdu: ‘Oldu, qayıdaq içəri’. Belə məqamlar bir neçə dəfə yaşanıb. Xatırlayıram ki, Xuan Mata da bənzər şeylər edə bilirdi.

Marcus Reşford da istəsə, istənilən səviyyəyə çata bilərdi. Amma mən Antoni seçirəm, çünki pik formasında məşqlərdə digərlərindən fərqlənirdi. Müdafiədə də, hücumda da istədiyini edə bilirdi”.

Dalot komandaya həmçinin Pepe, Bruno Fernandes və Paul Pogbanı da daxil edib.

Xəbər xətti