İcarə əsasında "Aston Villa"da çıxış edən Ceydon Sanço karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.
Sportal.az xəbər verir ki, "Borussiya" ingiltərəli vingeri heyətinə qatmaq variantını nəzərdən keçirir. Bu barədə "TEAMtalk" məlumat yayıb.
Sanço müqavilə ilə "Mançester Yunayted"ə məxsusdur. Onun "qırmızı şeytanlar"la müqaviləsi yayda başa çatır. Dortmund təmsilçisi mövsümün sonunda azad agent statusunda olacaq 25 yaşlı futbolçunu rənglərinə bağlamaq üçün yaxın zamanda danışıqlara başlamağı planlaşdırır.
Qeyd edək ki, Ceydon Sanço mövsümün əvvəlində "Aston Villa"ya icarəyə verilib. İngiltərə millisinin üzvü Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, daha əvvəl iki dəfə (2017-2021, 2024) "Borussiya"nın formasını geyinib.
saytlarin hazirlanmasi
