İsgəndərli oynadı, komandası Superliqada növbəti qələbəsini qazandı- VİDEO

10:53 - 23 Fevral 2026

Vüsal İsgəndərlinin formasını geyindiyi "Partizani" Albaniya Super Liqasında 25-ci turun matçını keçirib.

Sportal.az xəbər verir ki, Vüsalın komandası "Flamurtari" ilə üz-üzə gəlib.

"Partizani" bu görüşdə 2:1 hesablı qələbə qazanıb.

İsgəndərli meydana start heyətində çıxıb və 83-cü dəqiqədə əvəzlənib.

"Partizani" 36 xalla 5-ci pillədədir.

Xəbər xətti