Roberto Martines hesab edir ki, Kriştiano Ronaldo 2026-cı il dünya çempionatının nəticəsindən asılı olmayaraq futbol tarixində ən böyük oyunçu kimi qalacaq.
Sportal.az xəbər verir ki, Portuqaliya millisinin baş məşqçisi öz açıqlamasında bunları qeyd edib:
“Ronaldo dünya çempionu olsa da, olmasa da, bütün zamanların ən böyük oyunçusu olacaq. Bizim məsuliyyətimiz isə kubok uğrunda mübarizə aparmaq üçün ən yaxşı şansları yaratmaqdır. Buna analiz, daim inkişaf və Millətlər Liqasında uğur qazanmağımıza kömək edən eyni yanaşmanı qorumaqla nail olmaq olar.”
Martines açıq şəkildə vurğulayıb ki, komandanın məqsədi təkcə titul deyil, həm də sistemli inkişaf və düzgün hazırlıqdır.
saytlarin hazirlanmasi
