"Mançester Yunayted" belçikalı vingeri transfer etmək istəyir

19:59 - 18 Mart 2026

"Ayaks"ın futbolçusu Mika Qodts karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" belçikalı vingeri transfer etmək istəyir. Bu barədə insayder Saşa Tavolieri məlumat yayıb.

"Qırmızı şeytanlar" 20 yaşlı ön xətt oyunçusu üçün Niderland klubuna təklif göndərib. Klublar arasında danışıqlar davam edəcək.

Qeyd edək ki, "Ayaks" Mika Qodtsu 2023-cü ilin yanvarında "Genk"dən 1 milyon avroya transfer edib. Belçika U-21 millisinin üzvü bu mövsüm Amsterdam təmsilçisinin heyətində meydana çıxdığı 35 rəsmi matçda 14 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Xəbər xətti