"Aston Villa" "Yuventus"dan icarəyə götürdüyü Duqlas Luisin transfer hüquqlarına yiyələnəcək.
Sportal.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.
Baş məşqçi Unay Emeri Braziliya millisinin üzvünün performansını bəyənir. Klub 27 yarımmüdafiəçi üçün 25+3,5 milyon avroluq satınalma bəndini işə salacaq.
Qeyd edək ki, "Aston Villa" Duqlas Luisi qış fasiləsində icarəyə götürüb. Təcrüəbli futbolçu Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 9 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
saytlarin hazirlanmasi
