"Mingəçevir" millinin sabiq üzvü ilə yollarını ayırdı

17:58 - 17 Mart 2026

"Mingəçevir" qapıçı Orxan Sadıqlı ilə yollarını ayırıb.

Sportal.az xəbər verir ki, bu barədə I Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Azərbaycanın U-21 millisinin sabiq üzvü olan 32 yaşlı qolkiperlə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Orxan Sadıqlı mövsümün əvvəlindən "Mingəçevir"də çıxış edirdi.

Xəbər xətti