"Karvan-Yevlax" baş məşqçi Füzuli Məmmədovla yollarını ayırıb.
Sportal.az xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı mütəxəssisin klubla başa çatan müqaviləsinin müddəti artırılmayıb.
Qeyd edək ki, Füzuli Məmmədov 2025-ci ilin noyabrında "Karvan-Yevlax"ın baş məşqçisi vəzifəsinə təyin olunmuşdu. Mövsümün yekunlarına əsasən 15 xal toplayan komanda Premyer Liqanı tərk edib.
saytlarin hazirlanmasi
